Şeyx Gürcüstanda səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Şeyx Gürcüstanda səfərdədir

Maraqlı

21 İyul 2022 15:08 798


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfər edib.

Yenisabah.az xəbər verir ki, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və Gürcüstan Patriarxlığının nümayəndələri Tbilisidə Heydər Əliyev adına parkda ülu öndərin büstünü ziyarət ediblər, önünə əklil qoyaraq xatirəsini ehtiramla anıblar.

Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İlya ilə görüşəcək. QMİ sədrinin həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Gürcüstan Prezidenti Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb. O, Tbilisi Cümə məscidinə də baş çəkəcək, Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri ilə görüş keçirəcək. Toyuqlu pizza

Səfər iyulun 23-də başa çatacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!