Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı - “Hücum” başladı

saytların hazırlanması

Evə çatdırılma

Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı - “Hücum” başladı

Siyasət

24 May 2025 18:46 3174


Erməni sosial şəbəkələrində və mediasında Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə qarşı aşağılayıcı tonda kampaniya başlayıb.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qərarı ilə Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin edilməsidir. 

Erməni ekspertlər xüsusilə dini liderin belə bir qərarının müsəlman ölkələri arasında dəstəklənməsindən ciddi narahatlıq keçirirlər. pizza hut

İranşünas, Azərbaycana qarşı nifrəti ilə seçilən Vardan Voskanyan buna qarşı təbliğatında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadənin “İran və ya İraqın nüfuzlu ayətullahları ilə qətiyyən müqayisə olunmadığını” iddia edib.

QMİ-ni “Stalinin yaratdığı antişiə struktur” adlandıran Voskanyan Allahşükür Paşazadənin İrəvana qazı təyin etməsini “qeyri-qanuni” sayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!