Şeyxülislam qazaxıstanlı qonaqları qəbul etdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şeyxülislam qazaxıstanlı qonaqları qəbul etdi - Fotolar

Maraqlı

16 May 2023 17:04 791


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Qazaxıstan Parlamenti Senatının elm və sosial-mədəni inkişaf komitəsinin sədri Nurtore Baytelesoviç Jusip cənablarını qəbul etmişdir. 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası  Milli Məclisi tərəfindən keçirilən mərasimlərdə iştirak etmək üçün ölkəmizə təşrif gətirən c-b Nurtore Jusip Azərbaycana səfərindən məmnunluğunu bildirdi, Şeyxülislam həzrətlərinə Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevin məktubunu təqdim etdi. Qazaxıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə daxil olduğunu qeyd edən komitə sədri, bu münasibətlər sistemində dini-mənəvi əlaqələrin xüsusi yer tutduğunu qeyd etdi. Xalqlarımız arasında tarixən formalaşmış din və dil birliyinin Türk Dövlətləri Təşkilatının dəstəyi, Türk dövlətləri Müsəlman Dini rəhbərlərinin səyləri ilə daha da möhkəmlənəcəyinə, bu müstəvidə keçirilən tədbirlərin xüsusi əhəmiyyətinə ümidvar olduğunu vurğuladı.  

Qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dönəmində Qazaxıstan nümayəndə heyətinin  Azərbaycana təşrif gətirməsini yüksək dəyərləndirdi. Şeyxülislam həzrətləri ölkələrimiz arasında milli-mədəni əlaqələrin möhkəmlənməsində dövlət rəhbərlərinin müstəsna xidmətlərini qeyd etdi. pizza sifarişi

Görüşün sonunda Şeyxülislam Allahşükür Paşazadə həzrətləri cənab Nurtore Jusipə ziyarəti üçün təşəkkürünü bildirdi və Qazaxıstanın Baş müftisi Naurızbay Taqanulı həzrətlərinə salam-dualarını çatdırdı. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!