Səyyar ASAN bu rayonlarda olacaq

saytların hazırlanması

Evə çatdırılma

Səyyar ASAN bu rayonlarda olacaq

Sosial

01 İyul 2019 08:44 1280


Səyyar ASAN xidmət tərəfindən Goranboy, Qax, Salyan, Gədəbəy, Qusar, Lerik, Şamaxı, Lənkəran və Biləsuvar rayonlarında və Abşeron rayonunun Novxanı qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstəriləcək.

Xidmətdən “Yeni Sabah”a daxil olan xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim edilir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və digər xidmətlər daxildir.  Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!