“Shrek” tənqid hədəfində - Parlamentdən ŞOK AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Shrek” tənqid hədəfində - Parlamentdən ŞOK AÇIQLAMA

Dünya

28 May 2025 18:14 565


Rusiya Dövlət Dumasının bəzi deputatları Qərb animasiya filmlərini, oyuncaqları və video oyunlarını tənqid edərək, bu məzmunların rus uşaqlarına “mənfi təsir göstərdiyini” bildiriblər. 

Yenisabah.az xəbər verir ki, deputat Yana Lantratova, Qərbdən gələn personajların fiziki və xarakter qüsurları ilə uşaqlara nümunə göstərildiyini iddia edib və Sovet dövrünün filmləri ilə müqayisəli təqdimat göstərib.

Təqdimatda “Shrek”, “Grinch” və “Monsters Inc.” kimi filmlərdəki personajların mənfi cizgilərlə müsbət qəhrəmana çevrildiyi, bunun da “tam müsbət qəhrəman obrazının itməsi”nə səbəb olduğu bildirilib. Pepperoni pizza

Azsaylı partiyalardan biri olan “Ədalətli Rusiya”nın lideri Sergey Mironov isə Qərbi Rusiyaya qarşı “hibrit müharibə” aparmaqda ittiham edib və bildirib ki, “düşməni məğlub etmək istəyirsənsə, uşaqlarını yetişdir” prinsipi ilə hərəkət edirlər.

Lantratova isə Qərb məzmununun bloklanmasının qarşısını “qanuni gri sahə”nin aldığını deyib və bu məsələlərlə bağlı təklifləri Rusiyanın mənəvi dəyərləri müdafiə edən işçi qrupuna təqdim edəcəyini bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!