Sibel Canın 9 illik məhkəməsi davam edir

saytların hazırlanması

Evə çatdırılma

Sibel Canın 9 illik məhkəməsi davam edir

Şou

05 Fevral 2021 16:26 898


Sibel Canın illər əvvəl məhkəməyə verdiyi avtosalon sahibi Mehmet Çeliklə davası hələ də davam edir.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 il öncə müğənni avtosalon sahibini polisə şikayət edərək onun ikinci əl, köhnə avtomobili təzə adı ilə satdığını bildirmişdi.

Məhkəmə həmin şəxsin 4 il həbsinə 80 min lirə cərimə olunmasına qərar versə də, o qərara etiraz edərək appelasiyaya müraciət edib. pizza mizza

İkinci məhkəmədə qalib gələn Mehmet Çelik cəzadan canını qurtara bilib.

Sibel Can açıqlamasında məhkəmənin hələ də davam etdiyini, qanunlara inandığını deyib:

"Hüquq və qanunlara inamım sonsuzdur. Mehmet Çeliyə qarşı açdığım dava bitməyib. O, iş sistemini düzgün qura bilmədiyindən məni cəzalandırmaq istəyir. Lakin bu alınmayacaq. Bu davanın sonuna qədər gedəcəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!