Sığınacaqlar nə vəziyətdədir? - “5 milyonluq şəhəri metro ilə qorumaq mümkün deyil”

saytların hazırlanması

Evə çatdırılma

Sığınacaqlar nə vəziyətdədir? - “5 milyonluq şəhəri metro ilə qorumaq mümkün deyil”

Sosial

05 Avqust 2025 15:45 2475


“Sığınacaqların vəziyyəti acınacaqlıdır, 5 milyonluq şəhəri metro ilə qorumaq mümkün deyil”.

Bunu "Yeni Sabah"a ehtiyatla olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

O, Azərbaycanın mülki müdafiə sisitemindəki qüsurlar və sığınacaqların vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib. Pepperoni pizza

Hərbi ekspert bildirib ki, bu sahə keçmiş SSRİ dövründə ciddi  nəzarətdə saxlanılırdı:

"Həmin onbyektlərdə mütəmadi olaraq yoxlamalar aparılırdı. Sığınacaqların vəziyyətinə və onların təchizatının uyğunluğuna xüsusi diqqət yetirilirdi. Bu gün isə belə bir nəzarət, demək olar ki, yoxdur. Kağız üzərində hər şey qaydasındadır, amma real vəziyyət tam fərqlidir”.

Üzeyir Cəfərovun sözlərinə görə, çoxları təhlükə zamanı Bakı Metropoliteninin kifayət edəcəyini düşünür, lakin bu, ciddi yanlışlıqdır:

“Hamı elə bilir ki, metro sığınacaq funksiyasını yerinə yetirə bilər. Amma məncə, milyonlarla insanın yaşadığı bir şəhərdə metronun bu məsələnin öhdəsindən gəlməsi mümkün deyil. Bu məsələyə Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də rayon və şəhərlərin müvafiq icra strukturları ciddi yanaşmalıdır”.

Ekspertin fikrincə, bu yalnız paytaxt üçün deyil, həm də bölgələr, xüsusilə cənub və şimal rayonları üçün də aktual məsələdir:

“Dünyada baş verənləri izləyirik. İsrail-İran, İsrail-HƏMAS və Rusiya-Ukrayna müharibələri gözümüzün qabağındadır. Təəssüf ki, bu münaqişələr beynəlxalq hüquq normaları çərçivəsində aparılmır. BMT də bu istiqamətdə heç bir effektiv addım atmır”.

Üzeyir Cəfərov qeyd edib ki, əvvəllər bir çox bölgələrdə sığınacaqlar mövcud olsa da, son illər bu obyektlər kommersiya məqsədilə satılıb və onların yerində iaşə obyektləri, yaxud əyləncə mərkəzləri açılıb.

“İranın nüvə obyektinə edilən hücum zamanı yaranan radiasiya sızıntısı və onun ətraf ərazilərə təsiri bizə dərs olmalıdır. Əgər bu cür partlayış geniş miqyaslı olarsa, xüsusilə, cənub bölgəsi ciddi təhlükə altında qala bilər.

Hazırda mövcud olan boşluqlar aradan qaldırılmasa, nəticələr çox ağır olacaq. İnsanlar bilməlidir ki, təhlükə zamanı təhlükə siqnalı veriləndə hara getməli və necə sığınmalıdırlar”.

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cavid
    Hörmətli Üzeyir Cəfərov hərbi ekspert kimi bu sığınacaqların və radiasiya əleyhinə daldalanacaqların təyinatını bilməlidir. Onların təyinatı barədə orta və ali təhsil müəssisələrində öyrədilir. Təəsüf ki, hərbi ekspert bu sahədə məlumatsızdı. Mülki müdafiənin sığınacaqları və radiasiya əleyhinə daldalanacaqları keçmiş sovet ölkələrində nüvə silahının təsirindən mühafizə üçün bütün əhalini yox, müharibə dövründə öz fəaliyyətini davam etdirən təsərrüfat obyektlərinin növbəli işçiləri üçün nəzərdə tutulmuşdur. Bu qurğular mülki müdafiə üzrə qruplara aid edilmiş əsas şəhər və rayonlarda 1950-ci illərdə tikilmişdir. Bütün keçmiş sovet ölkələrində vəziyyət belədir. Rusiya-Ukrayna müharibəsi zamanı, Ukraynanın əhalisi metropoliten və binaların zirzəmilərində mühafizə olunurdu, həmçinin İsraidə binaların zirzəmilərində. “İranın nüvə obyektinə edilən hücum zamanı yaranan radiasiya sızıntısı və onun ətraf ərazilərə təsiri bizə dərs olmalıdır” özünü adlandıran hərbi ekspert sübut etsin ki, İrandan hansı radiasiya sızıntısı olmuşdur? Ruslar demişkən: “Господин Джафаров – учите матчасть”.
    9 months ago
  • Almaz
    Sabunçuda evin yaxinliginda siginacaq var.Baximsiz veziyyetde.Qonsu yaxinda ev tikib satanda Fovqalade Hallara şikayet ettim.Gelib baxdilar.Gedenden sonra ev nedi,hasar da ilerledi.Sabuncu Fivqalade hallar idaresi lap biyabircidur
    9 months ago
  • Almaz
    Sabunçuda evin yaxinliginda siginacaq var.Baximsiz veziyyetde.Qonsu yaxinda ev tikib satanda Fovqalade Hallara şikayet ettim.Gelib baxdilar.Gedenden sonra ev nedi,hasar da ilerledi.Sabuncu Fivqalade hallar idaresi lap biyabircidur
    9 months ago