Bakı sakini Rövşən Hacıyev anası Kifayət Hacıyevanın "Appro Hospital"da keçirdiyi əməliyyatdan sonra ağır vəziyyətə düşdüyünü bildirib.
Yenisabah.az Baku TV-yə istinadla xəbər verir ki, qadını sentyabr 10-da həmin xəstəxanada neyrocərrahlar Nazim Verdiyev və Elşən Hüseynzadə əməliyyat edib.
Rövşən Hacıyev iddia edir ki, əməliyyatdan sonra anasının vəziyyəti kəskin şəkildə pisləşib: Toyuqlu pizza
"Bir həftə ərzində dərmana 2800 manat pul vermişəm. Elşən Hüseynzadə ilə artıq 7 aydır təqaüdə çıxmış Nazim Verdiyev anamı əməliyyat edib. Haradadır o həkimlər, çıxsınlar ortaya. Tibb bacısı mənə deyirdi ki, gündə 20 manat ver, sənin anana baxım. Verdiyim pullara baxmayaraq, nəticə bu oldu. Nazim Verdiyev öz maşınında məndən 3 min manat da alıb".
R. Hacıyev qeyd edib ki, həkimlər əməliyyat zamanı anasının şah damarındakı şişi zədələyiblər, lakin bu barədə ailəyə məlumat verilməyib:
"Bir həftə ərzində anamı əməliyyat etdilər, amma şah damarındakı şişdən xəbər vermədilər. Əməliyyat zamanı həmin şişi kəsib zədələdilər. Xəstəxanaya gətiriləndən cəmi 2-3 gün sonra hər iki həkim ölkəni tərk etdi".
Telegram kanalımız