Silahlar İrəvana daşınır: Ermənistanda nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Silahlar İrəvana daşınır: Ermənistanda nə baş verir?

Siyasət

29 Oktyabr 2020 07:12 4406


Ermənistan Milli Təhlükəsizlik Xidməti son günlər Dağlıq Qarabağdan qanunsuz silah daşınması halları aşkarlayıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, Ermənistana sözügedən daşınmalara kriminal dairələrin üzvləri və hərbi əməliyyatlarda iştirak edən şəxslər cəlb olunub. Sezar pizza

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin açıqladığı fakt bir daha onu göstərir ki, 30 ilə yaxın işğalda saxlanılan Azərbaycan əraziləri quldur separatçı rejimin rəhbərliyi tərəfindən qanunsuz silah, narkotik və insan alverinin məskəninə çevrilib. Azərbaycan ordusunun cəbhədə qazandığı uğurlar fonunda təşvişə düşən regiondakı kriminal dairələr artıq silahlarını Dağlıq Qarabağdan Ermənistanın ərazisinə qaçırmağa cəhd göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!