“Silikonlara xərclədikləri pulu təhsilə versələr...” 

saytların hazırlanması

Evə çatdırılma

“Silikonlara xərclədikləri pulu təhsilə versələr...” 

Şou

05 Sentyabr 2019 06:35 1228


"Azərbaycanda aparıcılarımız silikonlara xərclədikləri pulu təhsilə versələr, daha yaxşı olar. Azərbaycan, rus kanallarına baxmıram. Hərdən Amerika telekanallarını izləyirəm. Arada sosial şəbəkədə paylaşımlara baxıram. Mat qalıram, insanın düşüncə qabiliyyəti bu qədər aşağı olar? Qaşı, gözü qəşəngdir, "kukla"ya oxşayırlar. Amma ağzını açanda, elə bil 1 yaşında uşaq danışır. İntellekt yoxdur".

Bu sözləri Amerikaya köçən aparıcı Günel Musəvi deyib. "Hər şey daxil" verilişinə danışan aparıcı hazırki həmkarlarının savadsızlığından gileylənib. O bildirib ki, aparıcıların əksəriyyətinin savadı yoxdur.

Günel Əməkdar artist Röya Ayxanla bağlı da danışıb. O, sənətçinin təhsilinin az olduğunu söyləyib: pizza sifarişi

"Röyanı izləyirəm, bəyənirəm. Eyni zamanda Xatirə İslam, İradə İbrahimovanı izləyirəm. Şou-biznesdə intelektual səviyyəsi yaxşı olan insanlar var. Məsələn, Faiq Ağayev, Murad Arif, Murad Dadaşov, Tünzalə Ağayevanı misal çəkə bilərəm. Mənə elə gəlir ki, Röya Ayxanın da intellekti yaxşıdır, amma təhsili azdır". 

Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!