Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) İOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlama prosedurunu uğurla keçib.
“Yeni Sabah” xəbər verir ki, müvafiq sertifikatı daha iki il müddətinə - 2021-ci ilin yanvar ayınadək uzadıb.
Nəzərə alsaq ki, bu standartın tələbləri ildən-ilə sərtləşdirilir, keçirilən audit “Silk Way West Airlines” aviaşirkətini bir daha mülki aviasiyada ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı yük aviadaşıyıcı kimi təsdiqlənib. Dördpendirli pizza
İOSA (İATA-nın İstismar Təhlükəsizliyinin Audit proqramı) - bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz mütləq standart və tövsiyyə olunan prosedurlardır. Aviaşirkət auditin keçirilməsi zamanı bu standartlara və tövsiyyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir. Təhlükəsizlik təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur. İnsan amili təsirindən risklərin minimallaşdırılması sistemi və düzəliş əməliyyatlarının vaxtında təmin edilməsinə imkan verən əks əlaqə sistemi nəzərdə tutulub. Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda təfərrüatına kimi qeyd edilir ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir.
“Silk Way West Airline” aviaşirkəti artıq üçüncü dəfədir ki, İOSA sertifikatını alır. Belə ki, aviaşirkət ilk dəfə İOSA sertifikatını 2015-ci ildə almışdır. Aviaşirkət “Azərbaycan Hava Yolları”ndan (AZAL) sonra ölkədə İOSA sertifikatına malik ikinci aviaşirkətdir.
Telegram kanalımız