Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Feyzulla Nurməmmədovdur.
Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif mağazalardan ümumi dəyəri 3180 manatdan çox olan müxtəlif növ spirtli içkilər, siqaretlər, məişət əşyaları və texniki avadanlıqlar, eləcə də ümumilikdə 330 manat nağd pul oğurladığı müəyyən edilib. pizza
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb.
Telegram kanalımız