“Şimal-Cənub Dəhlizi artıq prioritetdir“ - Rusiyalı səfir

saytların hazırlanması

Evə çatdırılma

“Şimal-Cənub Dəhlizi artıq prioritetdir“ - Rusiyalı səfir

Rəsmi

04 May 2022 15:46 224


"Hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizi böyük əhəmiyyət kəsb edir".

Yenisabah.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.

Rusiya nəşrinə müsahibəsində o qeyd edib: Sezar pizza

"Bu layihənin gerçəkləşməsi üzərində uzun müddətdir ki, iranlı tərəfdaşlarımızla birlikdə işləyirik. Həm də yalnız onlarla deyil. İki əsas istiqamət var: tranzit ölkələr - İran, Azərbaycan və Rusiya vasitəsilə quru yolla, həm də Xəzər dənizindən keçməklə. Bunun üzərində fəal işləyirik, İranla ticarət əməliyyatlarımız həm Xəzər dənizi vasitəsilə, yəni su yolu ilə, həm də Azərbaycan Respublikasının ərazisi vasitəsilə həyata keçirilir".

Səfir əlavə edib: "Bir sıra Avropa istiqamətlərinin Rusiya üçün bağlanması fonunda Şimal-Cənub Nəqliyyat Dəhlizi daha da prioritet olub. Fikrimcə, Rusiya Federasiyasından yan keçməyən nəqliyyat kommunikasiyalarını hər cür dəstəkləməli və təşviq etməliyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!