Şimal-Cənub dəhlizi fəaliyyətə başladı: Yüklər ölkəmizin ərazisindən keçməklə Hindistana daşınır

saytların hazırlanması

Evə çatdırılma

Şimal-Cənub dəhlizi fəaliyyətə başladı: Yüklər ölkəmizin ərazisindən keçməklə Hindistana daşınır

İqtisadiyyat

29 İyun 2021 14:09 1585


“Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına göndərilən ilk konteyner blok qatarı Azərbaycan ərazisi vasitəsilə şərqə istiqamət götürüb. Bu artıq Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsinin istifadə olunması anlamına gəlir. Sözügedən dəhliz vasitəsilə ilk yüklər ölkəmizin ərazisindən keçməklə Hindistana daşınır”.

Yenisabah.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

İqtisadçının sözlərinə görə, bu o deməkdir ki, daha çox test qatar hərəkəti kimi xarakterizə olunan bu yükdaşımadan sonra Şimal-Cənub nəqliyyat dəhlizi daha aktiv şəkildə mütəmadi olaraq istifadə olunacaq: pizza

Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan ərazisindən yüklərin daşınması Vətən Müharibəsindəki Zəfərimizdən sonra regionda formalaşan yeni düzən kontekstindən daha strateji əhəmiyyət daşıyır. Belə ki, savaşdan sonra regionda kommunikasiyaların bərpası intensiv müzakirə olunur. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı danışıqlar sürətlənməklə bu məsələ aktuallığını daha da artır. Belə ki, Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizində yükdaşımaların da həcminə təsir göstərəcək. Bu biri tərəfdən Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin artırmaqla yanaşı, ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirəcək”.

Deputat vurğulayıb ki, Süveyş kanalında son baş verən qəzadan sonra Şimal-Cənub dəhlizinin əhəmiyyəti daha da yüksəlib:

“Belə ki, nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib. Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verib. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Güman edilir ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin artmasına və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!