Şimali Koreya BMT TŞ-də müzakiyəyə çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreya BMT TŞ-də müzakiyəyə çıxarılacaq

Dünya

20 Oktyabr 2021 16:50 675


BMT Təhlükəsizlik Şurası Şimali Koreyada daha bir qitələrarası ballistik raket sınağı ilə əlaqədar təcili iclas çağıracaq.

Yenisabah.az AP-yə istinadla xəbər verir ki, Şimali Koreya bu dəfə raketi sualtı qayıqdan atıb.

BMT Təhlükəsizlik Şurasının iclası Böyük Britaniya və ABŞ-ın istəyi ilə çağırılacaq. pizza sifarişi

Şuranın qəbul etdiyi bir sıra qətnamələrə görə, Şimali Koreyanın raket sınağı etmək hüququ yoxdur, qadağanın pozulması halında KXDR müxtəlif sanksiyalara məruz qala bilər.

Ötən gün Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA), ölkə ordusunun ən müasir uçuş idarəetmə avadanlığı ilə təchiz edilmiş qitələrarası yeni ballistik raketini uğurla sınaqdan keçirdiyini bildirib.

KCNA-nın verdiyi açıqlamada yeni sınağın ölkənin donanmasının sualtı əməliyyatlar aparmaq potensialını daha da artıracağını açıqlayıb.

Rəsmi Pxenyan bu silahın son iki ildə ilk sınağı olduğunu da vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!