Şimali Koreya itkin düşən Cənubi Koreya rəsmisinin cəsədini yandırıb

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreya itkin düşən Cənubi Koreya rəsmisinin cəsədini yandırıb

Dünya

25 Sentyabr 2020 14:43 1132


Şimali Koreya qoşunları bu həftənin əvvəlində itkin düşən Cənubi Koreya rəsmisinin cəsədini yandırıb. 

Yenisabah.az xəbər verir ki, cəsəd koronavirus pandemiyasının qarşısını almaq üçün yandırılıb. Bu barədə Cənubi Koreya hərbi qüvvələri cümə axşamı bildirib.

“Reuters”in məlumatına görə, cənubi koreyalı bazar ertəsi günü iki ölkə arasında faktiki dəniz sərhədi olan Şimal Limit Xəttinin (NLL) təqribən 10 km cənubundakı balıqçılıq gəmisindən itkin düşüb və Şimala doğru qaçmağa çalışıb. Dördpendirli pizza

“47 yaşlı məmurun niyə vurulduğu məlum deyil, lakin Şimali Koreya qoşunlarının koronavirus əleyhinə əmrlər altında hərəkət etdikləri bilinir”, - Cənubi Koreya hərbi qüvvələri əlavə edib.

Prezidentin Göy Ev milli təhlükəsizlik bürosu qətli “insanlığa qarşı cinayət” adlandırıb və Şimali Koreyanı üzr istəməyə və gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün tədbirlər görməyə dəvət edib.

Kəşfiyyat mənbələrinə istinad edən hərbçilər naməlum şəxsin “yuxarı orqanların əmri” ilə edam edilmədən əvvəl dənizdə, NLL-nin şimalında və itkin düşdüyü yerdən təqribən 38 km məsafədə sorğu-sual edildiyini deyib. Qaz maskalarında olan şəxslər öldürdükdən sonra cəsədi yandırıblar.

Cənubi Koreyanın Prezidenti Moon Jae Şimalın Cənubi Koreyalı mülki vətəndaşa atəş açmasını “şokedici” və “bağışlanmaz” adlandırıb.

Moon Cənubi Koreya ordusuna da vətəndaşların həyatını qorumaq üçün tədbirləri gücləndirməyi əmr edib.

Hərbçilər çərşənbə günü quru sərhəd vasitəsilə Şimala məktub göndərərək izahat tələb etdiklərini deyiblər. “Reuters” Şimaldan cavab alınmadığını bildirib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!