Şimali Koreya lideri Kim Çen İnin bir sıra layihələri sanksiyalar, təbii fəlakət və koronavirus pandemiyası səbəbilə yarımçıq qalıb.
Yenisabah.az xəbər verir ki, ölkədə tibbi avadanlıqlar və dərmanla bağlı da problemin olduğu bildirilir.
"Financial Times"ən apardığı araşdırmaya görə, hələ rəsmi olaraq tək bir yoluxmanın belə qeydə alınmadığı Şimali Koreya, ən böyük ticarət tərəfdaşı olan Çinlə sərt sərhəd nəzarəti səbəbilə 80 faizlik itki ilə üzləşib. Bundan sonra Kimin Aralıq dənizinin tətil cənnəti İbizaya çevirmək istədiyi Vonsandakı turizm layihələri pozulub. 2018-2019-cu illərdə 4 dəfə Vonsana səfər edən prezident hotel və əyləncə mərkəzlərinin 2020-ci ilin noyabrındək hazır olmasını istəmişdi, lakin layihəni heç cür sonlandırmak mümkün olmayıb. Sözügedən layihələrin illərlə gecikə biləcəyi müzakirə olunur. Paytaxtdakı xəstəxana tikintisi də gecikən layihələr arasında yer alır. Həmçinin nüvə sınaqları üçün inşa edilən təlim sahəsi də gecikən proyektlər arasındadır. Hazırda Sink mədənləri bölgəsi olan Komdok ölkə iqtisadiyyatı üçün çox vacib əhəmiyyətə malikdir. Bölgədə vəziyyəti yaxşılaşdırmaq üçün yüzlərlə bina və evin inşa edildiyi deyilir. pizza
Telegram kanalımız