Şimali Koreya yeni tip hipersəsli raket sınaqdan keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreya yeni tip hipersəsli raket sınaqdan keçirdi

Dünya

29 Sentyabr 2021 10:51 740


Şimali Koreya Hwasong-8 adlanan yeni hipersəsli raketini uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, rəsmi mediada yayılan məlumata görə, yeni raket ölkənin qarşıdakı beş il üçün hərbi inkişaf planının ən əhəmiyyətli beş silahından biri hesab olunur.

Bu silahın ölkənin hər cəhətdən özünü müdafiə etmə qabiliyyətini artırdığı açıqlanıb. Dominos pizza

Qeyd edək ki, son raket sınağı Pxenyanın bir ay ərzində üçüncü raket sınağı idi. Ölkə daha əvvəl yeni tip idarə olunan raket və qatarla buraxılan ballistik raket sistemini sınaqdan keçirmişdi.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!