Şimali Koreyadan qaçan şəxs Kim Çen Ina qarşı məhkəmə iddiası qaldırır

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreyadan qaçan şəxs Kim Çen Ina qarşı məhkəmə iddiası qaldırır

Dünya

10 İyul 2025 16:20 360


Şimali Koreyadan qaçaraq Cənubi Koreyaya sığınan Çoy Min-Kyon ölkəsinin lideri Kim Çen Ina qarşı insan hüquqlarının pozulması ilə bağlı Seul Mərkəzi Dairə Məhkəməsində məhkəmə iddiası qaldıracaq.

Yenisabah.az xəbər verir ki, məlumatı Şimali Koreya İnsan Hüquqları Məlumat Mərkəzi (NKDB) yayıb. Bildirilir ki, Çoy 1997-ci ildə əvvəlcə Çinə qaçıb. 2008-ci ildə Şimali Koreyaya geri göndərildikdən sonra o, 5 ay müxtəlif təcridxanalarda saxlanılıb və burada zorakılığa məruz qalıb.

NKDB-nin açıqlamasında qeyd olunur ki, Çoy həm fiziki şiddətə, həm də cinsi zorakılığa məruz qalıb, düzgün qidalanmayıb və tibbi yardımdan məhrum edilib. pizza

Onun Seul Mərkəzi Dairə Prokurorluğuna da şikayət ərizəsi təqdim edəcəyi bildirilir. Qurumun məlumatına görə, bu, Şimali Koreyada doğulmuş bir şəxsin öz ölkəsinin liderinə qarşı Cənubi Koreya məhkəməsində açdığı ilk işdir.

İddia Kim Çen Inla yanaşı, bəzi digər Şimali Koreya rəsmilərini də əhatə edir.BAKU.WS 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!