AVRO-2020-nin pley-off mərhələsində final oyunlarına start verilib.
Yenisabah.az xəbər verir ki, günün ilk görüşündə Gürcüstan və Şimali Makedoniya yığmaları üz-üzə gəlib. D yoluna təsadüf edən matç qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 56-cı dəqiqədə Qoran Pandev vurub. Bununla da Şimali Makedoniya yığması AVRO-2020-yə vəsiqə qazanan 29-cu komanda olub.
Qeyd edək ki, qalan 3 vəsiqənin sahibi bu gecə müəyyənləşəcək. Toyuqlu pizza
Telegram kanalımız