Şimali Makedoniya prezidenti Azərbaycana rəsmi səfərə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Şimali Makedoniya prezidenti Azərbaycana rəsmi səfərə gəldi

Siyasət

10 Mart 2025 22:33 235


Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Şimali Makedoniya prezidentini hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!