Bazarlarımızda Azərbaycan malı, onların bazarında isə erməni malı peyda olacaq, əvvəllər olduğu kimi, ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaq, bununla barışacaqlar.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 29-da öz "Telegram" kanalında yazıb.
“Başa düşürəm ki, azərbaycanlılar ermənilərin nə vaxtsa Bakıya qayıdıb yaşamaq məcburiyyətində qalması ilə bağlı sözlərimi ağır qəbul ediblər. Amma qəribədir ki, bunu Qarabağdan qaçan bəzi keçmiş məmurlar, bir avtobus tərəfdarı ilə zibillik pişikləri, məşhur "Facebook" fahişələri və Köçəryan-Serj zooparkında qalan heyvanları da edir. Marqarita pizza
Sülh bağlanandan sonra nə Türkiyə ilə, nə də Azərbaycanla ticarət etməməliyik? Bəlkə öz tərəfimizdən də sərhədləri bağlayaq? Minlərlə erməni Gürcüstanda, Rusiyada və başqa ölkələrdə ticarətlə məşğul olub və bunu indi də edir.
Son hadisələr zamanı Qarabağda çoxları həm konyak, həm də su elektrik stansiyaları satıb. Yoxsa sizcə, Ermənistan ərazisindən nə nəqliyyat, nə yük, nə qaz, nə də elektrik enerjisi keçməməsi üçün bizi blokadaya salmaq lazım idi? Siz ya çox cahilsiniz, ya zəifliyinizdən kor olub, ya da sadəcə olaraq düşmənin agentlərisiniz. Məncə, hamısı birlikdə. Siz artıq bizdə heç nəyə qərar vermirsiniz və heç nəyə qərar verməyəcəksiniz.
Ermənistan və Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət aparacaqlar. Müharibə olmayacaq, sülh olacaq”, - Simonyan yazıb.
Telegram kanalımız