Ermənistan Milli Məclisinin sədri KTMT Parlament Assambleyasının iclası çərçivəsində Ermənistanda olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, təkbətək söhbətdən sonra onlar geniş tərkibdə görüşə qoşulublar.
Tərəflər Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin imzalanmasının 25-ci ildönümü münasibətilə bir-birini təbrik ediblər. Marqarita pizza
Hər iki tərəf Ermənistan-Rusiya münasibətlərinin müttəfiqlik xarakterinə uyğun səviyyədə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edib.
Telegram kanalımız