Simonyan Moskvada KTMT-dən şikayətləndi

saytların hazırlanması

Evə çatdırılma

Simonyan Moskvada KTMT-dən şikayətləndi

Rəsmi

10 Oktyabr 2022 16:00 1002


Moskvada 3 günlük rəsmi səfərdə olan Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Simonyanın Volodin arasında bir saatlıq təkbətək söhbət olub, daha sonra geniş tərkibdə görüş keçirilib.

Simonyan həmsöhbətinə bildirib: “Bizim Moskvaya səfərimiz Ermənistan üçün çətin dövrdə baş verir. Artıq məlum olduğu kimi, sentyabrda baş verən döyüşlərdən sonra 207 ölü və yaralımız var”. Dominos pizza

Bu kontekstdə KTMT-nin fəaliyyətinə toxunan Alen Simonyan əlavə edib:

“KTMT təcavüzə qarşı operativ və effektiv cavab vermək iqtidarında deyil. Həmçinin, Ermənistanın təhlükəsizlik sahəsində uzunmüddətli həllərə vaxtı yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!