Simonyan müxalifəti ələ saldı

saytların hazırlanması

Evə çatdırılma

Simonyan müxalifəti ələ saldı

Rəsmi

26 Oktyabr 2022 16:53 1110


Ermənistan Milli Məclisinin sədri Alen Simonyan müxalifət fraksiyalarından bəzi deputatların parlamentə qayıtması məsələsinə toxunub.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, MM spikeri jurnalistlərlə keçirdiyi brifinqdə deyib:

“Onlar nə etməli idilər?! Deməmişdim ki, qayıdacaqlar?! Bəs yaxşı, çöldə qalsaydılar, nə edərdilər?! Onların qayıdıb kosmosda havanın çirklənməsi ilə bağlı layihənin əleyhinə səs vermələri açıq şəkildə anlaşılmazdır”. Pepperoni pizza

Xatırladaq ki, müxalifətdə olan “Hayastan” və “Patev unem” fraksiyaları uzun müddət Milli Məclisin iclaslarını boykot etdikdən sonra oktyabrın 25-də Milli Məclisin elanlar saatında iştirak ediblər.

Müxalifət millət vəkilləri hökumətin, xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrindəki fəaliyyətini tənqid edən çıxışlar edib.

Oktyabrın 26-da Milli Məclisin bir qrup müxalifət deputatı layihələrin səsverməsində iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!