"Ermənistan Respublikasının qonşularına heç bir ərazi iddiası yoxdur".
Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Almaniya Bundestaqının vitse-spikeri Katrin Görinq-Ekkardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Simonyan müharibədən sonrakı vəziyyət və regionda uzunmüddətli sülhün bərqərar olunması məsələləri müzakirə edib. Dominos pizza
Ermənistan Milli Məclisinin sədri qeyd edib ki, Ermənistan regionda sülh dövrünün açılması gündəmini irəli sürür, regional infrastrukturların və nəqliyyat kommunikasiyalarının qarşısının alınması, habelə sərhədlərin demarkasiyası və təhlükəsizliyinin təmin edilməsi üçün səylər göstərir.
O vurğulayıb ki, Ermənistan Respublikasının qonşularına heç bir ərazi iddiası yoxdur.
Telegram kanalımız