Ermənistan Milli Məclisin sədri Alen Simonyan Qarabağ separatçılarının nümayəndə heyəti ilə görüşüb.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, o, nəticədən razı qaldığını bildirib.
“Moskvaya səfərimi müzakirə etdik, suallara cavab verdim. Format baxımından bu yenilikdir, lakin bu təmaslar demək olar ki, hər həftə olur”, – deyə Simonyan qeyd edib. pizza mizza
Xatırladaq ki, qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti hazırda Ermənistan siyasi rəhbərliyi ilə görüşlər keçirir. Görüşlərdə Qarabağ münaqişəsi, son regional hadisələr və Ermənistandaxili münasibətlərlə bağlı məsələlər müzakirə olunur.
Telegram kanalımız