“Dekabrda Nikol Paşinyanla İlham Əliyev arasında yeni bir görüşün olması istisna deyil”.
Yenisabah.az “Past”a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bildirib.
“Görüşün harada keçiriləcəyi barədə məlumat veriləcək. Biz Brüssel variantı ilə məhdudlaşmırıq və istənilən mənalı müzakirəyə hazırıq. pizza sifarişi
Bilirsiniz ki, dünən Baş nazirin müavinləri səviyyəsində görüş keçirilib və növbəti görüşlə bağlı razılıq əldə olunub. Yenə deyirəm ki, liderlər səviyyəsində görüşlə bağlı bizdə hələlik konkret məlumat yoxdur, lakin ilin sonuna qədər görüşün olması mümkündür”, – deyə Simonyan vurğuıayıb.
Telegram kanalımız