“Simpsonlar” Beyrutdakı partlayışı da “təxmin edib”? - FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Simpsonlar” Beyrutdakı partlayışı da “təxmin edib”? - FOTO

Dünya

06 Avqust 2020 08:35 1479


Gələcəkdəki hadisələri “təxmin etməsi” ilə məşhur olan “Simpsonlar” cizgi filmində indi də Beyrutdakı partlayışı xatırladan səhnələrin olduğu iddia edilib.

Bu barədə “Milliyet” məlumat yayıb.

Cizgi filminin bölümlərindən birində Homer Simpson anbardan partlayıcı satın alır və evə apardığı partlayıcını səhvən alışdırır. Bundan sonra partlayış baş verir və bütün şəhər alovlara bürünür. Dördpendirli pizza

Sosial şəbəkə istifadəçiləri də məhz bu məqama diqqət çəkib və Beyrutdakı partlayışdan sonra həmin kadrlar minlərlə istifadəçi tərəfindən paylaşılıb.

Xatırladaq ki, “Simpsonlar” buna qədər sunami, Donald Trampın seçilməsi, 11 sentyabrda “Əkiz qüllələr”ə hücum, koronavirus kimi hadisələri “təxmin etmişdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!