Sinan Akçıl iki dəfə evlənib-boşandığı qadınla yenidən sevgilidir

saytların hazırlanması

Evə çatdırılma

Sinan Akçıl iki dəfə evlənib-boşandığı qadınla yenidən sevgilidir

Şou

13 Fevral 2025 13:25 333


Məşhur müğənni və bəstəkar Sinan Akçıl şəxsi həyatı ilə diqqət çəkib. 

Yenisabah.az xəbər verir ki, sənətçi iki dəfə evlənib boşandığı aktrisa Burcu Kıratlı ilə yenidən eşq yaşamağa başlayıb. 

Bu barədə "Gel Konuşalım" proqramında jurnalist Mehmet Üstündağ məlumat bildirib. Onun sözlərinə görə, keçmiş cütlük münasibətinə 3-cü dəfə şans vermək qərarına gəlib.  pizza sifarişi

Xatırladaq ki, onlar ilk dəfə 2019-cu ildə Türkiyənin Amsterdamdakı konsulluğunda nikah masasına əyləşib. 9 ay sonra boşanıblar.

Buna səbəb Burcunun Sinanı çox qısaqanması olub.

İkinci dəfə onlar 2021-ci ildə təmtəraqlı toy məclisi ilə ailə qurublar. Bu evlilik də cəmi 15 ay davam edib. 2022-ci ildə 3 dəqiqə davam edən məhkəmədə cütlük boşanıb./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!