Siqaret çəkən futbolçu əsas komandadan uzaqlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Siqaret çəkən futbolçu əsas komandadan uzaqlaşdırıldı

İdman

18 Oktyabr 2022 15:11 1119


“Roma”nın sabiq futbolçusu Raca Nainqqolan növbəti qalmaqallı hərəkəti ilə gündəmə gəlib.

Yenisabah.az “The Sun” istinadən xəbər verir ki, hazırda “Antverpen”də (Belçika) çıxış edən belçikalı oyunçu  “Standard”la çempionat matçından (0:3) öncə ehtiyat oyunçular skamyasında siqaret çəkib.  Onun siqaretlə fotosu sosial şəbəkələrdə rezonans doğurub.

"Antverpen" rəhbərliyi Nainqqolanın davranışından narazı qalıb. Bu hərəkətinə görə Raca qeyri-müəyyən müddətə əsas komandadan uzaqlaşdırılıb. Hazırda futbolçu "Antverpen"in əvəzedici komandasında məşq edir. Pepperoni pizza

Xatırladaq ki, oktyabrın əvvəlində Belçika mətbuatında Nainqqolanın vaxtı keçmiş vəsiqə ilə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edildiyi barədə məlumat yayılmışdı. Daha sonra futbolçu zaminə buraxılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!