Siqaret qaçaqmalçılığına qarşı Azərbaycanla əməkdaşlıq - İrandan təklif gəldi

saytların hazırlanması

Evə çatdırılma

Siqaret qaçaqmalçılığına qarşı Azərbaycanla əməkdaşlıq - İrandan təklif gəldi

Rəsmi

04 Yanvar 2022 13:53 941


"Tütün məmulatlarının ölkəyə qanunsuz idxalının qarşısını almaq üçün qonşu ölkələrlə koordinasiya olmalıdır".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Tütün Məmulatları Assosiasiyası İdarə Heyətinin sədri Məhəmməd Rza Tacdar bildirib.

Onun sözlərinə görə, ölkədə tütün istehlakının 50%-dən çoxu (6 min tona yaxın) saxta və ya qaçaqmalçılıq məhsullarının payına düşür. pizza mizza

Məhəmməd Rza Tacdar qeyd edib:

"Bunun qarşısını almaq üçün BƏƏ, Oman, İraq və Azərbaycan Respublikası da daxil olmaqla, qonşu ölkələrlə qeyri-qanuni ticarətlə mübarizəyə dair ikitərəfli sazişlər imzalanmalaıdır".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!