Siqaret yanğına səbəb olub

saytların hazırlanması

Evə çatdırılma

Siqaret yanğına səbəb olub

Kriminal

24 Oktyabr 2020 09:54 1161


Bakı şəhərində yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Belə ki, səhər saatlarında Afiyəddin Cəlilov küçəsindəki 5 mərtəbəli yaşayış binasının həyətində yerləşən mebel düzəldilən sexdə qəflətən yanğın başlayıb. Sezar pizza

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürən maşını cəlb olunub. Yanğın zamanı ərazidə olan elektrik naqilləri partlayıb.

Yanğının ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb. FHN əməkdaşlarının verdiyi ilkin məlumata görə, yanğına səbəb siqaret olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!