“Siqareti limitsiz satsaq...” - “Araz” marketdən siqaret qalmaqalına   REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

“Siqareti limitsiz satsaq...” - “Araz” marketdən siqaret qalmaqalına REAKSİYA

Sosial

02 Fevral 2020 13:06 1610


"Müştəri satıcıdan iki blok siqaret istəyib. Hər müştəriyə bu qədər siqaret sata bilmərik. Tədarükçü şirkət mal təminatını dayandırıb".

"Yeni Sabah" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova marketdə siqaret satışı ilə bağlı yaranan problemə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, video İmişlidə fəaliyyət göstərən “Araz” minimarketdə çəkilib:

“Videodan görünür ki, vətəndaş topdan siqaret almaq istəyir. Məlumat üçün bildirim ki, “Araz” supermarketlər şəbəkəsi topdan deyil, pərakəndə satış həyata keçirən ticarət mərkəzidir. Stoklarımız günlük satış həcminə görə formalaşır. Siqareti limitsiz satsaq, bu, artıq topdan hesab olunur. Biz də müştərilərimizi məmnun etmək üçün hamını təmin etməliyik, yəni, müştəri siqaret soruşanda, “yoxdur” cavabı almamalıdır. Əks halda, bu, müştəridə narazılığa səbəb olur”. Sezar pizza

B.Əmirova yaranan problemin digər tərəfinin son günlər tədarükçü şirkətlərin mal təminatını dayandırması ilə bağlı olduğunu deyib:

“Məlumdur ki, siqaret gündəlik istehlak olunan məhsuldur. Müştərilərimizi təmin edə bilmək üçün siqaret satışında müəyyən limitin yaranmasının digər səbəbi budur. Bir məsələni də qeyd etmək istərdim ki, əgər siqaretin qiymətinin qalxmasından sui-istifadə edən şəbəkə olsaydıq, ötən il iyul ayında ölkədə məlum enerji problemi yarananda, iş saatı bitdikdən sonra da fəaliyyət göstərib, insanların su ehtiyacını qarşılamazdıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!