Şir  hücumu: j   14 yaşlı qız faciəvi şəkildə həyatını itirdi

saytların hazırlanması

Evə çatdırılma

Şir hücumu: j 14 yaşlı qız faciəvi şəkildə həyatını itirdi

Dünya

21 Aprel 2025 17:55 3572


Kenyanın Nairobi Milli Parkı yaxınlığında dəhşətli bir hadisə baş verib. Aslan hücumuna məruz qalan 14 yaşlı qız faciəli şəkildə həyatını itirib. Hadisənin başqa bir yeniyetmə tərəfindən görüldüyü və onun dərhal aidiyyəti qurumlara məlumat verdiyi bildirilib.

Məlumat əsasında hərəkətə keçən xilasetmə qrupları qan izlərini izləyərək Mbaqati çayına çatıb. Çay kənarında tapılan yeniyetmə qızın bədəninin aşağı nahiyəsində ciddi yaralanmalar müəyyən edilib. Kenya Vəhşi Təbiətin Mühafizəsi Xidməti (KWS) hadisə ilə bağlı verdiyi açıqlamada bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib. Bildirilib ki, hadisə yerində aslana rast gəlinməyib.

Yenisabah.az xəbər verir ki, paytaxt Nayrobidən təxminən 10 kilometr məsafədə yerləşən Nairobi Milli Parkı aslanlarla yanaşı, bufalo, zürafə, leopard və çita kimi bir çox vəhşi heyvanın da məskənidir. pizza hut

Eyni gün ərzində daha bir vəhşi heyvan hücumu Nyeri bölgəsində qeydə alınıb. Nayrobidən təxminən 130 kilometr uzaqda yerləşən Mere meşəsindən keçən 54 yaşlı kişi fil hücumuna məruz qalıb. Döş qəfəsində travma, qabırğa sınıqları və daxili qanaxma kimi ciddi xəsarətlər alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

2024-cü il ərzində Nairobi və ətraf bölgələrdə quduz olduğu bildirilən şirlər tərəfindən həyata keçirilən bir sıra hücumlar nəticəsində azı üç nəfər həyatını itirib. Fevral ayında universitet kampusu ətrafında gəzintiyə çıxan bir şəxs şirlər tərəfindən parçalanaraq öldürülmüş, iki nəfər isə yaralanmışdı. Hadisədən sonra yüzlərlə tələbə təhlükəsizlik tədbirlərinin yetərsizliyinə etiraz olaraq yolları bağlayaraq aksiya keçirmişdi.

Elə həmin il 10 yaşlı bir uşaq da şir hücumu nəticəsində həyatını itirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!