Şirəliyevin qızı 6 ay əvvəl vəzifədən azad edilib - Fotofakt

saytların hazırlanması

Evə çatdırılma

Şirəliyevin qızı 6 ay əvvəl vəzifədən azad edilib - Fotofakt

Sosial

05 Mart 2020 10:45 757


Səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva ötən ilin semtyabrında Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsindən azad edilib. Bu fakt Yenisabah.az-ın araşdırmaları nəticəsində üzə çıxıb. Lakin Azərbaycan mediası Nərmin Şirəliyevanın işdən çıxarılması barədə xəbəri dünən tirajlayıb və ictimaiyyət bu olayın dünən baş verdiyi barədə qənaət formalaşıb. Rusiya KİV-lərində gedən xəbərlərdə də Nərmin Şirəliyevanın işdən çıxarılması 2019-cu ilin sentyabrına təsadüf edir. Həmin materiallarda Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun Nərmin Şirəliyavın tutduğu vəzifədən azad edilməsi barədə əmrinin fotosu da əks olunub. Əmr 10 sentyabr 2019-cu il tarixdə verilib. Sənəddə qeyd edilib ki, Nərmin Şirəliyeva öz xahişi ilə işdən çıxarılır. Oqtay Şirəliyevin qızı bu posta 2018-ci ilin sentyabrında təyin edilmişdi. Nərmin Şirəliyevanın 6 ay əvvəl işdən çıxarıldığını sübut edən daha bir fakt isə onu əvəzləyən Yelena Xarlamovanın təyinatıdır. Bu təyinat da 2019-cu ilin sentyabrında baş tutub. https://cdn.yenisabah.az/files/01_11583390835.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!