Sirkə turşusundan zəhərlənərək ölən şəxsin kimliyi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Sirkə turşusundan zəhərlənərək ölən şəxsin kimliyi bəlli oldu

Kriminal

07 Fevral 2021 10:05 661


Ağdaşda sirkə turşusundan zəhərlənib xəstəxanada dünyasını dəyişən qızın kimliyi bəlli olub.

Yenisabah.az-ın məlumatına görə, mərhum 2001-ci il təvəllüdlü Ağdaş rayon sakini Əminə Xankişiyevadır.

Xatırladaq ki, hadisə Ağdaş rayonu ərazisində baş versə də, ölüm faktı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. pizza hut

Əminə Xankişiyeva yaşadığı ərazidə naməlum səbəbdən sirkə turşusu içərək zəhərlənib. Ağır vəziyyətdə olan xəstə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!