Şirkət rəhbərinin evinə “qara maskalılar”ın girməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Şirkət rəhbərinin evinə “qara maskalılar”ın girməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Hadisə

17 Fevral 2022 23:02 1789


Hüquq müdafiəçisi Rüfət Səfərov canlı yayımda bu gün prospekti bağlayan “R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə “qara maskalılar”ın girdiyini iddia edib.

Yenisabah.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hüquq müdafiəçisinin iddialarına cavab verib.

“Bunlar hamısı əsassızdır. Onun evinə, ofisinə heç bir “qara maskalı”, naməlum şəxs girməyib. Sürücü Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov minlərlə insanın işə gecikməsinə səbəb olan oğluna bəraət qazandırmaq istəyir. Dominos pizza

Rəmiş Cəfərov vəkillə təmin olunub, ona hüquqları izah edilib. O saxlanılıb, araşdırma aparılır, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!