Şirkətlər torpaqları düzgün qiymətləndirə biləcək? – “Bunu yalnız təcrübə göstərəcək”

saytların hazırlanması

Evə çatdırılma

Şirkətlər torpaqları düzgün qiymətləndirə biləcək? – “Bunu yalnız təcrübə göstərəcək”

Sosial

21 Aprel 2025 14:20 678


“Bəzi ərazilərdə infrastruktur və buna görə də əraziyə tələbat demək olar ki, yoxdur. Onu təcrübə göstərəcək ki, qiymətləndirici şirkətlər həmin əraziləri necə dəyərləndirıcək”.

Bu sözləri "Yeni Sabah"a əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib.

O qeyd edib ki, bələdiyyələrin balansında olan torpaqlarla bağlı qiymətlərin təklifini İqtisadiyyat Nazirliyi nəzdində Əmlak Məsələləri Dövlət Xidməti təqdim edib: Pepperoni pizza

"Dərindən yanaşsaq, torpaqların özəlləşməsində son illər bələdiyyələrin bir o qədər rolu olmayıb. Təyin olunan bazar qiyməti bəzən reallıqdan yüksək olur. Bəzi ərazilərdə infrastruktur və həmin ərazilər tələbat demək olar ki, yoxdur, Amma qiymətinə baxırsan qiymətlər yüksək və reallıqdan uzaqdır.

Onu təcrübə göstərəcək ki, qiymətləndirici şirkətlər həmin əraziləri necə dəyərləndirəcək. Birincisi, bu cür şirkətlərin belə bir tərcübəsi yoxdur. Onlar, adətən, analoqlarla qiymətləndirməni aparır. Amma əslində, bir çox mühəndis-kommunikasiya xətləri, qonşuluqda satışa çıxarılan torpaqların məlumatları ciddi önəm kəsb edir.

Elə ərazilər var ki, orada heç kanalizasiya, yaxud su xətti yoxdur. Bu kimi hallarda qiymətləndirici şirkətlərin nə dərəcədə təcrübəli olduğu önəmlidir.

Bələdiyyə artıq 20 ildən çoxdur ki, gəaliyyət göstərir, bütün mühəndis-kommunikasiya xətlərini və s. bilir. Amma qıraqdan gələn qiymətləndiricinin bu məlumatları necə əldə edəcəyi müəmmalıdır”. 

Ekspertin sözlərinə görə, şirkətlərin qiymətləndirmə işini peşəkar şəkildə etməsi üçün bələdiyyələrin hüquqi sənədləri qaydasında düşməlidir:

“Qiymətləndirici şirkətlərin 95 faizi Bakı şəhərində formalaşıb. Hansısa bir ucqar rayonda, ucqar kənddə qiymətləndirmə aparılarkən ora kimsə gedirmi?! Reallıq budur! 

Bələdiyyə torpaqlarında təxminən 2000-ci ildən başlayaraq mülkiyyətin tanınması prosesi başlayıb. Yəni İqtisadiyyat Nazirliyi buna maraqlı olub ki, bələdiyyələr öz torpaqlarına mülkiyyət sənədləri əldə etsinlər. Lakin o vaxt bələdiyyələrdə elektron xəritələr olmadığı üçün proses adi xəritələrlə aparılıb.

Əksər bələdiyyələrin dəqiq sərhədləri müəyyən olunmayıb. Odur ki, ilk növbədə, bütün bələdiyyələr çıxarışla təmin olunmalı və bütün mülkiyyət onlara verilməlidir. Daha sonra torpaqların bölünməsi, satılması qiymətləndiricilər vasitəsilə aparıla bilər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!