İctimai vəkil Samir Zeynalovu şərəf və ləqayətinin alçaldılması iddiası ilə məhkəməyə verən estetik cərrah Siruz Qoçxani prosesi uduzub.
Samir Zeynalovun Yenisabah.az-a verdiyi məlumata görə, birinci instansiyanın qərarından verdiyi apellyasiya şikayəti təmin olunub.
“Apellyasiya şikayətim təmin edildi, iddia tələbi rədd edildi. Azərbaycanda qanunsuz fəaliyyət göstərdiyi müddətdə 3 nəfərin həyatına son qoymuş Siruz Qoçxani Bakı Apellyasiya Məhkəməsində hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə baş tutan prosesdə məğlub oldu. pizza hut
Siruz Qoçxani barəmdə Xətai Rayon Məhkəməsinə müraciət edərək "şərəf və ləyaqətinin, işgüzar nüfuzunun" ləkələndiyini, buna görə mənəvi zərərə məruz qaldığını iddia etmişdi. Birinci instansiya məhkəməsində iddiaçının hüquqlarını və gülünc iddia tələbini vəkil Sima Yaqubova müdafiə edirdi. Hakim Aygün Həsənovanın sədrliyi ilə baxılan işdə iddiaçının tələbi qismən təmin olunmuşdu. Qətnamədən narazı qaldığım üçün apellyasiya şikayəti vermişdim.
Tam məsuliyyətimlə deyirəm ki, bu şəxs törətdiyi əməllərin cəzasını mütləq çəkəcək. Haqq-ədalət bərpa olunacaq. Necə ki, dünən bərpa olundu”, - deyə ictimai vəkil bildirib.
Telegram kanalımız