Şirvan sakini silahla tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Şirvan sakini silahla tutuldu

Kriminal

14 İyun 2022 13:47 1201


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Şəxsiyyət Məmmədov saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan xaricdə istehsal edilmiş tapança, 1 ədəd patron darağı və 14 ədəd patron aşkar edilərək götürülüb. Marqarita pizza

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!