Şirvan sakinindən “patı“ götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Şirvan sakinindən “patı“ götürüldü

Kriminal

20 Oktyabr 2021 15:45 749


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Azad Həsənov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Dominos pizza

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!