Şirvan və Hacıqabulda sabah qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Şirvan və Hacıqabulda sabah qaz olmayacaq

Sosial

07 Aprel 2025 15:04 189


Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma stansiyasının qazlaşdırılması əlaqədar olaraq, aprelin 8-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək “Hacıqabul-2” qazpaylayıcı stansiyadan (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır. Pepperoni pizza

Qaz təchizatı dayandırılan müddətdə Şirvan şəhər mərkəzinin bir hissəsi (10 qeyri-yaşayış sahəsi) və Hacıqabul rayonu üzrə 3 qeyri-yaşayış sahəsinin (ümumi 2 110 abonent) qaz təchizatında fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!