Şirvanda 9 aylıq uşaq öldü - Səbəb açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda 9 aylıq uşaq öldü - Səbəb açıqlandı

Hadisə

30 Mart 2024 10:06 227


Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, şəhər sakini, 2023-cü il təvəllüdlü Rzayeva Səma Hacıbala qızı nəfəs çatışmazlığı ucbatından xəstəxanaya gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi deyilir.

Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cismin düşdüyü və ya pnevmaniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur. Pepperoni pizza

Uşağın meyiti hazırda müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!