Şirvanda avtomobil dəmir betona çırpıldı, sürücü xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda avtomobil dəmir betona çırpıldı, sürücü xəsarət aldı

Hadisə

08 Aprel 2021 23:21 801


Şirvanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin 1 May küçəsində qeydə alınıb.

Belə ki, Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1997-ci il təvəllüdlü Hüseynzadə Abbas İmran oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarındakı dəmir betona çırpıb. pizza mizza

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!