Şirvanda iki avtomobil toqquşdu, dörd nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda iki avtomobil toqquşdu, dörd nəfər xəsarət aldı

Hadisə

29 Sentyabr 2024 22:09 774


Şirvan rayonunda baş verən yol qəzasında xəsarət alanlar var.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində qəsəbə sakinləri 2007-ci il təvəllüdlü Müslümov Həsən Afət oğlu, 2008-ci il təvəllüdlü Nəsirova Fatimə Eynulla qızı və hələlik şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Marqarita pizza

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!