Şirvanda “patı” satan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda “patı” satan şəxs saxlanıldı

Kriminal

22 Oktyabr 2021 17:59 730


Şirvan şəhər ərazisində narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olan Vüsal Mirzəyev saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin, heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Toyuqlu pizza

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!