“Şiş bütün bədəninə yayılıb“ - Novruz Qartalın vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

“Şiş bütün bədəninə yayılıb“ - Novruz Qartalın vəziyyəti ağırdır

Mədəniyyət

26 Noyabr 2021 16:43 2208


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal ölüm ayağındadır.

Yenisabah.az kulis.az-a istinadən xəbər verir ki, bu haqda aktyorun həyat yoldaşı Zərqələm Əliyeva açıqlama verib. 

"Vəziyyəti pis idi, apardıq onkoloji xəstəxanaya, baxıb dedilər ki, təcili əməliyyat olunmalıdır. Çox ağır əməliyyat keçirdi. Xərçəng bütün bədəninə yayılıb. Hamı deyirdi ki, narkozdan ayılmayacaq. Şükür Allaha, ayılıb, amma yanına heç kimi buraxmırlar. Ayılanda bir dəfə deyib ki, qızımı görmək istəyirəm, həkim də ona atasını görməyə icazə verib. Vəziyyəti çox ağırdır. Bağırsaq, qara ciyər, ağ ciyər hamısı bir-birinə qarışıb. Həyatımız qaralıb. Deyirlər, bilmirik Novruz nə qədər yaşayacaq. Novruzun Türkiyədə müalicəsi bir ümiddir, bəlkə, getsə, orada sağalar. İmkansız adamdır. Evi yoxdur, kirayədə qalır. Ayda 400 manat kirayə pulu verir. Novruzun elə bir acınacaqlı həyatı var ki, dönüb geriyə baxanda adam özünü öldürmək istəyir. Bir dəfə bəzəkli, isti ev görmədi. Bir dəfə rahat həyatı olmadı, o evdən bu evə daşındı". Pepperoni pizza

Zərqələm Əliyeva aktyorun səhhəti ilə bağlı heç kimin maraqlanmadığını da dilə gətirib:

"Yenə sağ olsun jurnalistlər, zəng edib vəziyyətini soruşurlar. Mədəniyyət adamlarından heç kəs onu axtarmır. Axırda mən özüm teatra məlumat verdim ki, Novruzun vəziyyəti pisdir, gücüm çatmır, mənə kömək etsinlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ALLAH KÖMƏYİN OLSUN. ALLAH ŞƏFA VERSİN. TEZ SAĞALSIN, TEATRDA QOCALSIN. YENİ-YENİ UĞURLAR QAZANSIN. AMİN,AMİN.
    4 years ago