Sisi Azərbaycanı təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Sisi Azərbaycanı təbrik etdi

Siyasət

19 Dekabr 2024 17:31 352


Misir prezidenti Əbdülfəttah Sisi Azərbaycanı “İslam Səkkizliyi” (D-8) təşkilatına üzv olması münasibətilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, o, bunu təşkilatın Qahirədə keçirilən sammitində çıxışı zamanı deyib.

"Fürsətdən istifadə edərək Azərbaycanı D-8 təşkilatına qoşulması münasibətilə təbrik etmək istərdim. Bu addım, şübhəsiz ki, bugünkü müzakirələri zənginləşdirəcək və ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacaq", - Sisi vurğulayıb. Dördpendirli pizza

Qeyd edək ki, bu gün təşkilatın sammitində Azərbaycanın D-8-ə üzv olması barədə yekdil qərar qəbul edilib.

“İslam Səkkizliyi” (D-8 - Organization for Economic Cooperation) – 1997-ci ildə üzv ölkələr (Türkiyə, İran, Nigeriya, Misir, Pakistan, İndoneziya, Malayziya və Banqladeş) arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə yaradılmış beynəlxalq təşkilatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!