Sistem vurulan məktəbli komaya düşərək öldü

saytların hazırlanması

Evə çatdırılma

Sistem vurulan məktəbli komaya düşərək öldü

Hadisə

14 Yanvar 2020 09:23 1253


Balakəndə məktəbli ölüb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 13-ü Balakən şəhərində qeydə alınıb. Şəhər sakini, 10 yaşlı Turan Tural oğlu Mahatov bir neçə gün əvvəl soyuqdəymə və yüksək hərarət ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada T. Mahatov müayinə edilib və ona sistem vurulub. Sistem köçürüldükdən sonra T. Mahatovun ürək döyüntüləri artmağa başlayıb. T. Mahatovun vəziyyəti pisləşdiyi üçün onu təcili Bakı şəhərindəki xəstəxanalardan birinə aparmaq qərarı verilib. 10 yaşlı T. Mahatov Bakıya aparılarkən yolda vəziyyəti ağırlaşdığı üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Aparılan müdaxilələrə baxmayaraq T. Mahatov Şəki RMX-da ölüb. pizza

Qeyd edək ki, T. Mahatov 3-cü sinif şagirdi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!